İş rejimi
06 oktyabr |
|
11:00 - 18:00 |
07 oktyabr |
|
10:00 - 18:00 |
08 oktyabr |
|
10:00 - 16:00 |
Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.
"Bakı Expo" Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515
Sərgiyə necə gəlmək olar:
"Bakı Expo" Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.
Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:
- "Koroğlu" metro stansiyasından - N 136, 160, 171
Sizi sərgini ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!
Diqqətinizə çatdırırıq ki, iştirakçı şirkətlərin tərkibi ilə əlaqədar olaraq, "Education" ("Təhsil") sərgisinə giriş yalnız aşağıda sadalanan şəxslər üçün açıqdır:
-
9-11-ci sinif şagirdləri
-
Abituriyentlər
-
Tələbələr
-
Valideynlər
-
Bu sənaye sahəsinin peşəkarları
Diqqət: Valideynlərsiz məktəbəqədər yaş dövründə olan uşaqlar, o cümlədən 1 - 8-ci sinif şagirdləri sərgiyə buraxılmayacaqlar.
Artıq sərgilərdə xüsusi uşaq guşəsi fəaliyyət göstərir. Siz sərgiyə uşaqlarla gəldiyiniz zaman, onları peşəkarlara, maraqlı layihələri, eləcə də əyləncəli ekskursiyaları ilə həm uşaqların, həm də onların valideynlərinin rəğbətini qazanan “Aqıl və Bilgi” etibar edə bilərsiniz. Sərgi zamanı həmin peşəkar şəxslər uşaqlarınızı faydalı və maraqlı əyləncə növləri ilə məşğul edəcəklər.
Siz sərgini dəvətnamə və ya sərginin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz.
Önəmli! Sərgiyə gələrkən, üzərində fərdi ştrix-kodunuz olan dəvətnaməni özünüzlə gətirməyi unutmayın. Bu ştrix-kod qeydiyyat üçün tələb olunan şəxsi məlumatlarınızı əks edir və məhz bu ştrix-kod sayəsində siz qeydiyyat prosesini nəzərəçarpacaq dərəcədə sürətləndirən "FAST TRACK" servisindən yararlana bilərsiniz.
Sərgidə istər adi, istərsə də "FAST TRACK" qeydiyyatından keçərək, Siz döş nişanı əldə edir və aşağıda qeyd olunan imkanlardan yararlana bilərsiniz:
- Sərginin bütün iş günlərində sərgini pulsuz ziyarət etmək;
- Qeydiyyatdan keçmək üçün növbəyə durmadan sərgiyə daxil olmaq və təkrar qeydiyyat prosedurandan azad olmaq;
- Sərginin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).
>Dəvətnaməni əldə edin
Sərgi kompleksinin ərazisində servis xidmətləri |
↑ |
- Tibb məntəqəsi
- Restoran
- Qəhvə evi
- Bankomat
- Biznes mərkəzi
- Sərgi təşkilatçılarının stendi
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi
Sizi sərgidə gözləyirik!
|