Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

13.10.2014 12:33

HELP Universiteti – Uğura imza atan insanların universiteti!

HELP Universitetində 10.000-dən artıq tələbə, o cümlədən dünyanın 92-dən çox ölkəsindən 2.000 xarici tələbə təhsil alır. Universitetimizin təklif etdiyi proqramlar iqtisadiyyat, biznes, sahibkarlıq, maliyyə, hüquq, psixologiya, informasiya texnologiyaları,  otel (qonaqpərvərlik) biznesinin idarə edilməsi, mühəndislik, kommunikasiya və humanitar elmləri ehtiva edir.

HELP Universiteti yüksək və davamlı standartlarına görə beynəlxalq səviyyədə tanınıb və universitetin Birləşmiş Krallığın London İqtisad Universiteti (London School of Economics), Birmingem Universiteti (University of Birmingham) və Kardif Universiteti (Cardiff University), Avstraliyanın Kvislend, Melburn və Avstraliya Dövlət Universiteti kimi dörd ən yaxşı universiteti, habelə ABŞ-ın Pepperdayn və Amerika Universiteti (Kolumbiya Federal Dairəsi) kimi dünyanın tanınmış univeristetləri ilə tərəfdaşlıq əlaqələri buna sübutdur.

HELP Universiteti olaraq, biz çox münasib və müvafiq qiymətə bütün tələbələrin dünya səviyyəli təhsil və həyat tərzi üçün mükəmməl imkan yaradırıq.

Universitetimiz Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində (HELP Universiteti, HELP Humanitar Elmlər və Texnologiya Kolleci və HELP Akademiyasından ibarət) üç tələbə düşərgəsinə malikdir.

Daha ətraflı məlumat üçün zəhmət olmasa universitetimizin www.help.edu.my veb-saytına daxil olun.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  29/03/2020 30/03/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek