Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

10.10.2014 18:27

“Sabah” layihəsinin təqdimatı

Hazırkı sərgini geniş işgüzar proqram müşayiət edir. Belə ki, bu gün “Education” (“Təhsil”) və “Career” (“Karyera”) sərgiləri çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə təhsil və təlim metodlarının təkmilləşdirilməsi məqsədini daşıyan “Sabah” layihəsinin təqdimatı keçirilmişdir.

Sərgilərin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun sözlərinə görə, bu layihə Azərbaycandakı akademik və təhsil mühitinin müsbət dəyişikliyi baxımından çox perspektivlidir.

Layihə rəhbəri Elçin Atakişiyev təqdimat mərasiminə toplaşanlara layihənin mahiyyəti barədə məlumat verdi. “Sabah” layihəsi Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan savadlı, bacarıqlı və hazırlıqlı tələbə qruplarını birləşdirmək üçün nəzərdə tutulmuşdur.

Layihənin məqsədi ali təhsil sistemi və müasir tələblərə cavab verən kadr hazırlığı sahəsində yeni abi-hava yaratmaqdır. Ümumilikdə isə layihənin məqsədi ali təhsilin keyfiyyətini artırmaq və nəticədə tədris prosesinin proqressiv forma və metodlarla təşkili sayəsində gələcək peşə hazırlığına maksimum yiyələnməkdir.

Bu layihə tələbələrə bir sıra üstünlüklər, o cümlədən əlavə müavinət, pulsuz yaşayış yeri və qidalanma, tələbə mübadiləsi proqramlarında iştirak, intellektual və yaradıcı potensialın inkişafı, müasir şirkətlərdə iş təcrübəsi və əlavə təhsil kimi üstünlükləri təmin edir.

Layihənin işlənib hazırlanmasına xarici müəllimlər cəlb edilir, müasir təhsil metodikası tətbiq olunur, habelə qeyri-standart təfəkkür və geniş dünyagörüşü fonunda elmi-tədqiqat və konsultasiya təcrübəsindən istifadə olunur. Beləliklə, gələcək mütəxəssislərin mütərəqqi inkişafı təmin edilir. Hal-hazırda, təhsil nazirliyinin tabeliyində olan 7 ali təhsil müəssisəsində 33 ixtisas üzrə 700 tələbə təhsil alır.

Tədbirə iri müəssisələrin kadr şöbələrinin rəhbərləri dəvət edilib və onlara gələcək tədris prosesində iştirak və əməkdaşlıq təklif olunub. Fayda isə göz qabağındadır - işəgötürənlər gələcəkdə öz müəssisələri üçün ən yaxşı mütəxəssisləri seçə biləcəklər!

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  07/02/2023 08/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek