Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

10.10.2014 17:04

Stendimiz daim izdihamlidir!

Könül Məhərrəmova, Bakı Ali Neft Məktəbinin (BANM) beynəlxalq əlaqələr şöbəsinin müdiri

BANM yenicə yaradılmışdır və Azərbaycanda nisbətən yeni təhsil müəssisəsidir. Məktəbimizin təhsil sistemi xarici standartlara cavab verir və burada dərslər yalnız ingilis dilində tədris olunur. Bununla əlaqədar, bizim tədris prosesi üzrə proqramlar Azərbaycanın digər təhsil strukturlarındakı analoji proqramlardan fərqlənir. Bakı Ali Neft Məktəbinin təhsil proqramları İngiltərə və Şotlandiyanın analoji proqramları əsasında qurulmuşdur.

Biz Azərbaycan Beynəlxalq “Təhsil” sərgisində ilk dəfə iştirak edirik və məqsədimiz ziyarətçi auditoriyasına Bakı Ali Neft Məktəbi haqqında məlumat verməklə yanaşı, savadlı gəncləri təhsilə cəlb etməkdir.

Sərgi işinə başladığı andan etibarən auditoriyanın bizim təhsil müəssisəsinə ciddi marağı müşahidə olunur. Gənclər daim bizim stendə yaxınlaşaraq təhsil almaq imkanları ilə maraqlanırlar.

Biz gələcəkdə də “Təhsil” sərgisində iştirak etmək niyyətindəyik, belə ki, Bakı Ali Neft Məktəbi öz fəaliyyətini genişləndirməyi planlaşdırır. Güman edirəm ki, gələcəkdə biz bu sərgidə daha geniş şəkildə iştirak edəcəyik.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  15/07/2020 16/07/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek