Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

13.09.2013 14:11

Şimal regionunda 12 yeni tikilmiş məktəb binası “Bilik günü”ndə şagirdlərin istifadəsinə veriləcəkdir

Xaçmaz, 13 sentyabr (AzərTAc). Şimal regionunda yeni tikilmiş 12 məktəb binası 2013/2014-cü tədris ilinin ilk günündə şagirdlərin istifadəsinə veriləcəkdir.
AzərTAc xəbər verir ki, “Bilik günü” qapılarını şagirdlərin üzünə açacaq təhsil ocaqlarının 6-sı Quba, 4-ü Qusar, 2-si isə Şabran rayonlarında tikilmişdir.
Quba rayonunda istifadəyə verilməsi nəzərdə tutulmuş məktəb binaları Küpçal, Xucbala, Dağlı, Hacıqayıb, Aşağı Tüləkəran və Qaraçay kəndlərində yerləşmişdir. Ümumiyyətlə, son illər rayonda 52 yeni məktəb binası tikilmiş, 28 tədris ocağı əsaslı təmir olunmuşdur.
“Bilik günü” Qusar rayonunda açılışı olacaq 4 yeni məktəb binası da kəndlərdə tikilmişdir. Bundan başqa, hazırda rayonda daha 10 kənd məktəbinin inşası davam etdirilir.
48 ümumtəhsil məktəbinin yerləşdiyi Şabranda isə bu tədris ilinin ilk günündə iki məktəb binası istifadəyə veriləcəkdir. Bunlar 180 yerlik Pirəbədil və 100 yerlik Təzəkənd məktəbləridir.
Xaçmaz rayonunun Qaraçı, Qıraqlı, Qaradaq-Buduq və Arzu kəndlərində yeni məktəb binalarının tikintisinə artıq başlanılmışdır.
Siyəzən rayonunun Sədan kəndində 120, Dağ Quşçu kəndində isə 80 yerlik məktəb binalarının tikintisi davam edir.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  30/06/2022 01/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek