Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

22.09.2014 14:16

Universiteti seçin və görüşü indidən təyin edin!

Bu il Azərbaycan Beynəlxalq Təhsil “Education” sərgisinin təşkilatçıları ziyarətçilər üçün nəzərdə tutulmuş yeni xidmət növünü elan edirlər. İndi abituriyent və tələbələr universitetlərin sərgidə iştirak edən nümayəndələri ilə əvvəlcədən görüş təyin edə biləcəklər. Bunun üçün sərginin www.education.iteca.az rəsmi veb-saytından müvafiq təhsil müəssisəsini seçərək görüş üçün münasib vaxtı göstərməklə, xüsusi formanı doldurmaq kifayətdir (görüş üçün müraciət avtomatik şəkildə universitet nümayəndələrinə göndəriləcək). Beləliklə, universitetlərin nümayəndələri öz eksklüziv təklifləri barədə danışmaq üçün stendlərdə (təyin edilmiş vaxtda) abituriyentlərin yolunu gözləyəcəklər. Bu xidmət ziyarətçilərə sərgidə vaxtdan daha səmərəli istifadə etməyə, eləcə də növbə olmadan və təyin edilmiş qrafik üzrə universitet nümayəndələri ilə danışıqlar aparmağa imkan yaradacaq.

“Education” sərgisi 10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində start götürəcək. Dünyanın 21 ölkəsindən 120-dən çox iştirakçı bu sərgidə iştirak edəcək. Onlar bakalavr və MBA proqramları, dil kursları, biznes proqramları və xaricdə təhsil sistemlərini nümayiş etdirəcəklər.

İştirakçıların tam siyahısı ilə tanış olmaq üçün veb-saytda http://education.iteca.az/2014/?p=visitors_meeting_list&l=en linkinə daxil olmaq kifayətdir.

Sərginin təşkilatçısı qismində “Iteca Caspian” şirkəti çıxış edir.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  07/02/2023 08/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek