Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

20.08.2014 10:40

“Təhsil” sərgilərinə 100-dən çox ali məktəbinin gəlməsi gözlənilir

10 oktyabr 2014-cü il tarixində Bakı Ekspo Mərkəzində “Iteca Caspian” və “CEO” (“Caspian Event Organisers”) şirkətlərinin təşkilatçılığı ilə 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” sərgisi və 8-ci  Azərbaycan Beynəlxalq “Karyera” sərgisi öz işinə başlayacaq. Təşkilatçılar ölkədə qiymətli kadrlara tələbatın artmasını nəzərə alaraq, bu il ilk dəfə “Karyera” sərgisinin müstəqil layihə kimi keçirilməsinə qərar veriblər. Builki tədbirdə iştirakçı sayının artması onu göstərir ki, “Karyera” sərgisinin yeni brend altında keçirilməsi artıq öz müsbət nəticələrini verməkdədir.

“Təhsil” və ”Karyera” sərgiləri bu mövzuda (sərgi formatında) keçirilən və həm ziyarətçilərin, həm də eksponentlərin faydalanacaqları, habelə gələcək peşə və iş yerlərinin seçimi ilə bağlı stendlərdə ikitərəfli söhbətlərin keçirilə biləcəyi yeganə tədbirdir.

“Təhsil” və ”Karyera” sərgilərinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəal iştirakı və rəsmi dəstəyi ilə keçirilən yeganə sərgi olması çox mühüm faktdır. Təhsil Nazirliyinin sərgini dəstəkləməsi ölkədə təhsil sektorunun inkişafı üçün bu tədbirin nə dərəcədə əhəmiyyətli olmasını göstərməklə yanaşı, milli qrupların və  yerli ali təhsil ocaqlarının sərgiyə cəlb olunmasına şərait yaradır.

Sentyabr ayının 15-dən etibarən paytaxtın bir sıra orta məktəblərinin ibtidai siniflərində həyata keçiriləcək “Sağlam təhsil” pilot proqramının məsləhətçilərindən biri - professor, tibb elmləri doktoru, “Sağlam təhsil - Sağlam millət” adlı unikal metodik vəsaitin müəllifi Vladimir Filippoviç Bazarnıydır və bu, sözügedən sıx əməkdaşlığa parlaq nümunədir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin vasitəçiliyi ilə sərgi təşkilatçıları tərəfindən dəvət olunmuş Professor Bazarnıy “Təhsil və Karyera 2013” sərgisi çərçivəsində keçirilən seminarda özünün müəllifi olduğu və təhsil ocaqlarının sağlam inkişaf əsaslı sistemə keçirilməsini nəzərdə tutan unikal metodunu təqdim etmişdir.

“Təhsil” və “Karyera” sərgilərinə dünyanın 20 ölkəsindən 100-dən çox iştirakçının gəlməsi gözlənilir.  “Təhsil” sərgisinin iştirakçıları bakalavr və  MBA proqramları, dil kursları, biznes-proqramlar və xaricdə təhsil sistemlərini təqdim edəcəklər.

Sərginin ənənəvi iştirakçıları isə milli stendlərdir. Belə ki, bu il sərgidə Litvanın 15 ən nüfuzlu ali məktəbini təqdim edən və sərginin daimi iştirakçısı olan Litva milli stendi təmsil olunur. Sərginin debütantı - “Study in Slovakia” (“Slovakiyada təhsil”) təşkilatı isə Slovakiyanın bütün özəl və dövlət təhsil müəssisələrindən (44 ali təhsil ocağı) danışacaq.

Sevindirici haldır ki, bu il sərgiyə xaricidən qoşulmuş bir sıra iri universitetlər arasında Krakovda yerləşən və Polşanın ən böyük dövlət ali təhsil müəssisəsi sayılan İqtisad Universiteti, Birləşmiş Ərəb Əmirliyinin Aviasiya Universiteti, Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti (MESİ), Budapeşt Beynəlxalq Biznes Məktəbi, Böyük Britaniya Dizayn Ali Məktəbi (Moskva şəhəri) və s. bu kimi təhsil ocaqları da var.

Sərgidə iştirak edən Azərbaycan təhsil müəssisələrinin də sayı artıb, belə ki, siyahıda olan eksponentlər arasında Azərbaycan Dillər Universitetini, Azərbaycan Dövlət İqtisad Universitetini, “CELT Colleges” kollecini, Bakı Ali Neft məktəbini və s. bu kimi nüfuzlu dövlət təhsil müəssisələrini görmək olar.

Sərgidə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyi də öz stendində yaxın illər üçün təhsil nazirliyinin proqram və planları barədə məlumatlar təqdim edəcək.

Təhsil müəssisələrindən başqa, sərgidə laboratoriya avadanlıqları, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər təklif edən şirkətlər də iştirak edirlər.

Eyni tarixdə keçirilən “Karyera” sərgisində iştirakçıların sabit artımı müşahidə olunur. Bank işləri, neft-qaz, telekommunikasiya, maliyyə, hüquqi xidmət, satış və marketinq, energetika üzrə “Azərcell”, “Azərsun Holding”, “Bakcell”, “American Tobacco”, “BP”, “Halliburton”, JTI, ARDNŞ, “Technip” Abu Dhabi, “Unibank” və s. öz  vakansiyaları ilə iştirak edirlər.

Sərginin daimi iştirakçısı olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi orta və ali məktəb məzunlarına düzgün iş seçimində, sənədlərin hazırlanmasında və işəgötürənlə müsahibələrin keçirilməsində köməklik göstərən, eləcə də vakansiya axtarışında digər faydalı məsləhətlər verən qeyri-hökumət gənclər təşkilatları və birlikləri ilə konsultasiyalar keçirməyi planlaşdırır.

Artıq “Karyera” sərgisi çərçivəsində iki maraqlı tərəfin - işəgötürənlərin və gələcək kadrların hazırlanması ilə məşğul olan təşkilatların tematik görüşləri ənənə halını alıb və builki sərgi də bu baxımdan istisna deyil, belə ki, bu il sərgi çərçivəsində Bakı Ekspo Mərkəzində ali təhsil müəssisələrinin nümayəndələri və kadrlar şöbəsi rəhbərlərinin iştirakı ilə dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Beləliklə, sərgilərdə həm təhsil, həm də gələcək peşə seçimi üçün unikal imkan təqdim olunur. “Karyera” sərgisi iş axtaran hər kəs üçün açıqdır. “Təhsil” sərgisi isə yalnız təhsil mütəxəssisləri, tələbələr, abituriyentlər, yuxarı sinif (son ikinci sinif) şagirdləri və onların valideynləri üçün açıq olacaq.

Hazırda sərginin veb-saytında sürətli qeydiyyatdan keçmək mümkündür. Həmçinin, “Təhsil” sərgisinin rəsmi veb-saytında (www.education.iteca.az) ali məktəb müəssisələrinin nümayəndələri ilə tələbələrin görüşünü təyin edən yeni xidmət növü də fəaliyyət göstərəcək. Bu xidmət qeydiyyatdan keçmiş ziyarətçilərə sərgi vaxtından daha səmərəli istifadə etməyə imkan verəcəkdir. Sözügedən xidmət sərgi bitdikdən sonra da sərgiyə gələn və əlaqə məlumatlarını saxlamış tələbələr üçün aktiv olacaq.

Sərgi günlərində ziyarətçiləri metronun “Nəriman Nərimanov” stansiyasından sərgi kompleksinə və geriyə xüsusi təşkil edilmiş avtobuslar aparacaq. Sərgilər öz işini oktyabr ayının 12-də yekunlaşdırır.

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  29/09/2022 30/09/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek