Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

05.10.2013 10:12

Biz Azərbaycan gəncləri ilə yaxşı tanışıq

Maykl Reynon, Şiller adına Beynəlxalq Universitetin İnzibati məsələlər üzrə dekanı, tələbə şəhərciyinin direktoru

– Ali təhsil müəssisəmiz Amerikan universitetidir və Madrid (İspaniya), Haydelberq (Almaniya), Paris (Fransa) və ABŞ-ın Florida ştatının Larqo şəhərində dörd filiala malikdir. Tələbələr il ərzində istənilən ay tədris prosesinə qoşula bilərlər. Universitet ABŞ-da akkreditasiyadan keçib.

Bu, bizim sərgidə ilk iştirakımızdır və bu vaxta qədər bir çox Azərbaycanlı tələbə bizim universitetimizə qəbul olunub. Sərgidə iştirakımızın məqsədi əvvəlki və gələcək tələbələrlə əlaqə saxlamaqdır. Bir çoxları təhsilin ingilis dilində olması şərti ilə Almaniyada təhsil almağa maraq göstərirlər və biz onlara bu imkanı təqdim edirik. Ali təhsil müəssisəmizdə tələbələr təhsil almaqla yanaşı, eləcə də asudə vaxtlarını maraqlı və dinamik şəkildə keçirə bilərlər. Universitetimizin tələbə komitələri tərəfindən idman tədbirləri (məsələn: Azərbaycanlı gənclərin böyük maraqla iştirak etdikləri futbol oyunları və s.), eləcə də Paris, Strasburq, Brüssel və Budapeşt şəhərlərinin gəzməli-görməli yerlərinə səfərlər təşkil olunur.

Bu sərgidə iştirakımızdan hər hansı konkret nəticə gözləmirik, belə ki, bizim əsas məqsədimiz maraq göstərən ziyarətçiləri ətraflı məlumatlarla təmin etməkdir və biz məhz bu fəaliyyətimizin nəticəsini səbirsizliklə gözləyirik. Əsas odur ki, Azərbaycanla çoxdan bəri davam edən münasibət və əlaqələrimiz mövcuddur, buna görə də burada özümüzü çox rahat hiss edirik.

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  07/02/2023 08/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek