Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

05.10.2013 09:53

Azərbaycanın təhsil bazarı bizim üçün böyük maraq doğurur.

Fren Niks (Fran Nix), Beynəlxalq əlaqələr üzrə administrator, “Bath Spa” Universiteti (Bath Spa University)

–1993-cü ildə universitet statusunu almış təhsil müəssisəmiz Böyük Britaniyanın cənub-qərbində yerləşir. Həmin vaxta qədər isə biz uzun illər ərzində ali təhsil müəssisələrinin müəllimlərinə təlim keçmişik. Zaman keçdikdə, universitetimiz inkişaf edərək genişlənmiş, yeni korpus və tələbə yataqxanası tikilmişdir. Universitetimizdə fəaliyyət göstərən incəsənət və dizayn fakültəsi tələbələrə təsviri incəsənət və yaradıcılıq, habelə rəqəmsal fotoqrafiya və s. ixtisaslar üzrə biliklər verir. Bundan əlavə, universitetimizin Biznes və İdarəetmə (Menecment) məktəbi əcnəbi tələbələr tərəfindən böyük maraqla qarşılanır və bu məktəbin məzunları daim öz bilikləri ilə fərqlənirlər.

Bu, bizim sərgidə ilk iştirakımız, Azərbaycana isə ilk səfərimizdir. Buna görə də bu tədbir bizim üçün mühüm əhəmiyyət kəsb edir. Universitetimizin nəzdində fəaliyyət göstərən Beynəlxalq əlaqələr şöbəsi cəmi bir il əvvəl yaradılıb və biz həmin vaxtdan etibarən yeni bazarları tədqiq edirik. Biz Azərbaycanda tələbələrin tələb və arzularını, habelə hansı sahədə təhsil almaq istədiklərini öyrənməyə çalışır, eləcə də potensial abituriyentlərlə əlaqələrimizi genişləndirəcəyimizə ümid edirik. Bu baxımdan, durmadan inkişaf edən ölkəniz bizim üçün maraq kəsb edir, belə ki, biz bir çox insanın məhz xaricdə təhsil almaq istədiyini bilirik. Bizdə olan məlumata əsasən, Azərbaycandakı Britaniya universitetlərinin sayı çox azdır və ümid edirik ki, biz də bu sahədə birincilərdən olacağıq.

Sərgi çox peşəkar səviyyədə təşkil olunub. Layihənin menecerləri bütün lazımı məlumatları və təşkilati dəstəyi təmin ediblər. Biz bilirik ki, bu sərgi Azərbaycanda geniş reklam olunur və stendimizdə çoxsaylı qonaqları qəbul edəcəyimizə ümid bəsləyirik.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  07/02/2023 08/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek