Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






03.09.2013 16:57

İlk dəfə olaraq, Bakıda məşhur pedaqoq-novator Bazarnıy Vladimir Filippoviçin rəhbərliyi ilə seminar keçiriləcək

4-6 oktyabr tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən “JW Marriott Absheron Baku” mehmanxanasında 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi keçiriləcək. Sərgi xaricdə bakalavr və MBA proqramları ilə yanaşı, dil kursları və biznes proqramlarını təqdim edən 100-dən artıq təhsil müəssisəsini, eləcə də bilavasitə sərgi zamanı işə qəbul üçün ilkin müsahibələr keçirməyi planlaşdıran Azərbaycanın aparıcı şirkətlərini bir araya toplayacaq. Həmçinin, sərgi çərçivəsində çoxsaylı təqdimat və seminarlar da təşkil olunacaq. “JW Marriott Absheron Baku” mehmanxanasında “Sağlam təhsil - sağlam millət”  mövzusunda keçiriləcək seminar isə işgüzar proqramın mühüm tədbirinə çevriləcəkdir. Belə ki, bu seminar “Təhsil və Karyera” sərgisinin təşkilatçılarının dəvəti ilə Yaradıcı Pedaqogika Akademiyasının akademiki, Rusiya Federasiyasında ümumi təhsil sahəsinin fəxri işçisi, SSRİ səhiyyə sektorunun lideri, professor, tibb elmlər doktoru Bazarnıy Vladimir Filippoviçin rəhbərliyi altında keçiriləcək. V. F. Bazarnıy təhsil müəssisələrini sağlamlığın inkişafına əsaslanan və təhsil prosesi zamanı məktəbli uşaqların potensialını üzə çıxaran öz unikal sistemi barədə təqdimatla çıxış edəcək. Seminar əsas etibarı ilə yetkinlik və böyümə dövrlərinin bütün mərhələlərində uşaqların sağlam inkişafı ilə əlaqədar olan strukturlar - qadın məsləhətxanaları, doğum evləri, ailələr, məktəbəqədər müəssisələr, orta məktəblər və s. üçün nəzərdə tutulub. Seminar Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Qeyd: Vladimir Filippoviç Bazarnıy (təvəllüdü: 4 may 1942-ci il). Rus alimi, həkim və pedaqoq-novator V. F. Bazarnıy ömrünün 33 ildən çoxunu Rusiya üçün taleyüklü problemin həllinə - yetişməkdə olan gənc nəslin sağlamlığını qorumaq və möhkəmləndirməklə demoqrafik faciələrin qarşısının alınmasına həsr edib. V. F. Bazarnıy 11 kitabın və monoqrafiyaların, o cümlədən 100-dən çox elmi və publisistik məqalələrin müəllifidir. O, “Rusiya Federasiyasında ümumi təhsil sahəsinin fəxri işçisi” adına layiq görülmüş və “Səhiyyə sektorunun lideri” və “SSRİ ixtiraçısı” kimi nişan və diplomlarla təltif olunmuşdur.

V. F. Bazarnıy 2007-ci ildə RF Federal Məclisinin Federasiya Şurasının fəxri fərmanı, 2010-cu ildə Federasiya Şurası sədrinin təşəkkür məktubu və 2012-ci ildə RF Federal Məclisinin Dövlət Dumasının fəxri fərmanı ilə təltif olunmuşdur.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  24/11/2020 25/11/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek