22.08.2013 14:25 “Təhsil və Karyera” sərgisi “JW Marriott Absheron Baku Hotel” mehmanxanasında keçiriləcəkdir
Oktyabr ayının 4-dən 6-a qədər Bakı şəhərində “Education & Career 2013” 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi keçiriləcək. Təhsil sahəsində keçirilən bu yeganə tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə dövlət səviyyəsində təşkil olunur. Bu il 100-dən artıq iştirakçını bir araya gətirəcək Beynəlxalq “Təhsil və Karyera” sərgisi “JW Marriott Absheron Baku Hotel” mehmanxanasında keçiriləcəkdir. İştirakçıların əksəriyyətini xaricdə bakalavr və MBA proqramları, dil kursları, biznes-proqramlar və xaricdə təlim sistemləri təqdim edən müxtəlif təhsil müəssisələri təşkil edir. Artıq Almaniya, İspaniya və Rusiyanın nüfuzlu universitetləri sərgidə iştiraklarını təsdiqləyiblər. Azərbaycan təhsili isə paytaxt və regionlarda fəaliyyət göstərən dövlət və özəl ali məktəblər tərəfindən təqdim olunacaq. Təşkilat Komitəsi
bütün xəbərlər
|