Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






02.11.2012 10:08

“Təhsil və karyera 2012” sərgisinin post relizi

20-22 sentyabr tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən “Bakı Ekspo” mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəal dəstəyi ilə 6-cı Azərbaycan beynəlxalq “Təhsil və karyera” (“Education & Career-2012”) sərgisi keçirildi.

Bu il sərgidə Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Koreya, Litva, Malayziya, Ukrayna, İsveçrə, Çexiya və digər ölkələrdən (bütövlükdə isə dünyanın 20 ölkəsindən) 96 təhsil ocağı iştirak edərək, 70-dən yuxarı fakültə, kurs və ən müxtəlif ixtisaslar üzrə proqramlar təqdim etdi. Belarus, Litva və Ukrayna kimi ölkələr isə öz milli stendləri ilə çıxış edərək müxtəlif şəhərlərin məşhur təhsil müəssisələrini təqdim etdilər. Tələbə auditoriyasının genişləndirilməsi uğrunda aparılan rəqabətli “mübarizə”də sərginin səmərəli vasitə olduğunu dərk edən bəzi yerli ali təhsil müəssisələri də kənarda qalmadılar.

Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, “Iteca Caspian” MMC şirkətinin icraçı direktoru Fərid Məmmədov, xarici ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, habelə sərginin iştirakçıları, ziyarətçilər və çoxsaylı KİV nümayəndələri iştirak etdilər.

Azərbaycan Respublikasının təhsil naziri öz çıxışında sərgi iştirakçılarını təbrik edərək bildirdi ki: “Sərgi azərbaycanlı gənclərin xaricdə təhsil ilə bağlı artan tələbatını təmin etməyi arzulayan daha çox sayda xarici iştirakçıları özünə cəlb edir və ildən-ilə əlamətdar hadisəyə çevrilir. Sərginin məqsədi ölkənin gənc nəslinə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yüksək keyfiyyətli təhsil ilə bağlı bütün imkanları təqdim etmək və onların gələcək karyeraya doğru ilk addım atmalarına şərait yaratmaqdır. Bu baxımdan, sərgi öz vəzifəsinin öhdəsindən məharətlə gəlir”.

Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini E. Vəlizadə isə öz növbəsində bunları qeyd etdi: “Azərbaycanda sürətlə inkişaf edən iqtisadiyyatın ənənəvi sahələri ilə yanaşı, ölkədə yeni fəaliyyət sahələri yaradılır və yeni peşələr formalaşdırılır. Bu baxımdan, bizim təhsil sistemi cəmiyyətin tələblərin cavab olaraq yeni kadrların yetişdirilməsi və hazırlanması üçün bütün zəruri tədbirləri həyata keçirir”.

Bu sözlər sərgidə iştirak edən “Azərbaycan” Universiteti, Gəncə Dövlət Universiteti, “Təfəkkür” Universiteti, həmçinin bu ilin debütantı - Bakı Kompüter Kolleci və digər təhsil müəssisələri tərəfindən əyani şəkildə nümayiş etdirildi.

Açılış mərasiminin sonunda “Iteca Caspian” MMC şirkətinin icraçı direktoru Fərid Məmmədov 6 il ərzində sərgilərə əvəzsiz dəstək göstərdiyinə görə, habelə sərgilərdə fəal iştirak etdiyi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə təşəkkür edərək, hamını sərgi üzrə “VİP” tura dəvət etdi.

“Education & Career-2012” sərgisində ekspozisiyanın əsasını xarici ölkələrdə bakalavriat və MBA proqramları, xarici dil kursları, biznes-proqramlar və xaricdə təhsil sistemləri təşkil edirdi. Sərginin ziyarətçilərinə aparıcı təhsil müəssisələrində tətbiq olunan müasir təhsil proqramları ilə tanış olmaq üçün unikal imkan yaradılmışdı və sevindirici haldır ki, ənənəvi tədris proqramları ilə yanaşı, ölkənin hüdudlarını tərk etmədən təhsil almağa imkan verən distansion (məsafədən) təhsil proqramları da təklif edilirdi.

Avropanın məşhur “Springer International Publisher” (Almaniya) nəşriyyatının elmi ədəbiyyat nümunələrindən ibarət geniş ekspozisiyası ziyarətçilərin və sərgi iştirakçılarının xüsusi marağına səbəb oldu. Burada improvizə edilmiş kitabxanada bütün arzu edən şəxslər elm və texnikanın ən müxtəlif sahələrində aparılan və ingilis dilində dərc edilmiş müasir elmi işlər və tədqiqatlarla tanış ola bildilər. Bir çox universitetlərin nümayəndələri isə artıq sərginin gedişatında öz kitabxanaları üçün “Springer” məhsullarının əldə edilməsinə dair razılıqlar əldə etdilər.

Sərgini fəal işgüzar proqram müşayiət edirdi. Belə ki, üç gün ərzində sərginin xarici iştirakçıları və yerli təhsil müəssisələri uzunmüddətli əməkdaşlığa dair müqavilələrin imzalanmasına dair danışıqlar aparırdılar. Bu danışıqların əsas mövzusu tələbələr və müəllimlərin, tədris proqramları və dərsliklərin mübadiləsi, habelə birgə “yay düşərgələri” və xarici dil kurslarının təşkili və s. idi.

“Education & Career-2012” sərgisinin işində əhəmiyyətli yeri “Karyera” sektoru tuturdu. “BP Azerbaijan” şirkətinin stendində öz karyerasını neft-qaz sahəsində qurmağı arzulayan gənclər üçün işəgötürmə üzrə ilkin müsahibələr və sənədlərin qəbulunun təşkil edilməsi sərginin malik olduğu nüfuzu bir daha sübut edir. “BP Azerbaijan” şirkəti üç təhsil proqramı təklif edirdi: məzunlar və təcrübə keçən tələbələr üçün işəgötürmə proqramı, neft-qaz mütəxəssislərinin təhsili üçün maliyyə dəstəyi və Azərbaycanın neft və texniki ali məktəblərinin məzunları üçün xüsusi proqram.

Öz növbəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi də sərgidəki stendində məktəb və ali təhsil müəssisələrinin məzunlarına iş axtarışında kömək edən qeyri-hökumət gənclər təşkilatları və birliklərinin konsultasiyalarını təşkil etmişdi.

Statistik göstəricilərə əsasən, bu il sərgini 8882 nəfər insan ziyarət edib. Ziyarətçilərin əksər hissəsini orta məktəb məzunları, tələbələr və onların valideynləri, habelə orta məktəblərin və ali təhsil müəssisələrinin müəllimləri və bu sahənin peşəkarları təşkil edirdi. Artıq Azərbaycan gəncləri arasında yaxşı təhsil almaq, ən yaxşı ali məktəblərdə oxumaq və xarici dillərdə danışmaq nüfuzlu sayılır. Eyni zamanda, ölkənin ali məktəblərində təhsilin səviyyəsi də durmadan inkişaf edir və öz doğma təhsil ocağı kimi Azərbaycan universitetlərini seçən xarici tələbələri cəlb edir.

Bütün bu faktlar, maraqlı tərəflərin, yəni təhsil müəssisələrini təmsil edən nümayəndələr və gələcək tələbələr, habelə işəgötürənlər və iş axtaran insanlar arasında birbaşa əlaqə üçün unikal meydançaya çevrilən “Education & Career” sərgisinin aktuallığından xəbər verir.

Əsası qoyulduğu gündən etibarən “Education & Career” sərgisi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış edirlər. 2012-ci ildə keçirilən beynəlxalq sərgi və konfransların tərəfdaşları isə “Nar Mobile” mobil rabitə operatoru (kommunikasiya tərəfdaşı), “AZAL” konserni (rəsmi hava daşıyıcısı), “Hilton Baku” və “Qafqaz Poynt Hotel” otelləri (rəsmi otellər) və “Greenwich Travel Club” şirkətidir (rəsmi tur-operator).

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  24/11/2020 25/11/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek