Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






06.10.2016 13:32

Təhsil sərgisi özünün 10 illik yubileyini qeyd edir

7-9 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Təhsil sərgisi öz 10 illik yubileyini qeyd edir. “Təhsil” sərgisi bu mövzu üzrə sərgi formatında keçirilən yeganə tədbirdir. Bir mühüm amili də qeyd etmək lazımdır ki, bu sərgi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Keçirildiyi illər ərzində sərgidə ümumilikdə 800 şirkət iştirak edib. Hər il 10 min nəfərdən çox ziyarətçi bu sərgi sayəsində yerli və xarici təhsil müəssisələri, təqaüdlər, tələbə vizalarının verilməsi qaydaları və digər mühüm məsələlər barədə ən dürüst məlumata sahib olurlar. Azərbaycanlı tələbələr isə “Təhsil” sərgisi sayəsində xarici ali təhsil müəssisələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər.

Bu il “Təhsil” sərgisi dünyanın 14 ölkəsindən 118 iştirakçını bir araya gətirərək 60-dan çox fakültə təqdim edəcək. İştirakçılar arasında Azərbaycan, Almaniya, Belarus, İordaniya, Latviya, Litva, Macarıstan, Polşa, Çexiya ölkələrin ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri də var. Sərgidə ənənəvi olaraq milli qruplar da iştirak edəcəklər və onların arasında Polşa (“Go Poland”), Litva (“Study in Lithuania”) və Türkiyə (Study in Turkey) çıxış edəcəklər. Bu il İordaniya sərgidə ilk dəfə iştirak edir. Sərgiyə Azərbaycanın təhsil müəssisələrindən gələn nümayəndələrin də sayı durmadan artır, belə ki, bu il eksponentlərin siyahısında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Gəncə Dövlət Universiteti, “İT Step Academy”. “EduGuide” Azerbaijan və “CELT Colleges” şirkətləri xaricdə təhsil proqramını təqdim edəcəklər. Ümumilikdə, yerli eksponentlər sərgi iştirakçılarının 30%-nı təşkil edir.

Hər il sərgidə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyi öz stendində ”Maarifçi”, “Sabah”, “Bir könüllü”, “Azərbaycan üçün öyrət” layihələrini təqdim edəcək. Həmçinin, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birlikdə Təhsil Nazirliyinin stendində Fransız-Azərbaycan Universiteti (UFAZ) təqdim olunacaq.

Bu il “Təhsil” sərgisində yenidən məktəbəqədər təhsil sektoru  təqdim olunacaq. Bu sektorda  Beynəlxalq Sabis Sun Məktəbi, "XXI Əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi və «British School in Baku» iştirak edəcək.

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər xüsusunda onları maraqlandıran suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanına malik olacaqlar.

Hazırda Azərbaycanda müasir avadanlıqlara ehtiyac duyan uşaq bağçaları və məktəblərin inşası və təmir olunması üzrə işlər həyata keçirilir. Sərgidə “Lukas-Nuelle” və “Sinam” şirkətləri tərəfindən “Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri” sektoru çərçivəsində laboratoriya avadanlıqları, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər nümayiş olunacaq.

Beləliklə, sərgi bir daha təhsil sahəsində çoxsaylı seçim imkanları təklif edən unikal platformaya çevriləcək. “Təhsil” sərgisinə giriş 9-11-ci sinif şagirdləri, eləcə də onların valideynləri, habelə abituriyentlər, tələbələr, məktəb direktorları, universitetlərin rektorları, təsərrüfat işləri üzrə prorektorlar və təhsil sahəsinin digər peşəkarları üçün açıq olacaq. Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri metronun “Koroğlu” stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  24/11/2020 25/11/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek