Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






03.09.2012 14:17

Azərbaycanda sərgilərin payız mövsümü “Təhsil və karyera” sərgisi açacaq

Payız mövsümü sentyabr ayının 20-dən 22-dək keçiriləcək illik 6-cı Azərbaycan beynəlxalq “Təhsil və karyera” sərgisi açacaq. Layihənin məqsədi bir sərgi meydançasında 16 yaş və daha böyüklərdən ibarət auditoriyaya ali təhsil və dil biliklərinin təkmilləşdirilməsi üzrə xidmətlərin tam spektrini iştirakçılar üçün ən səmərəli, ziyarətçilər üçün isə ən rahat formada təqdim etməkdir. Dünyanın 20-dən çox ölkəsinin, o cümlədən Azərbaycan, Böyük Britaniya, İsveçrə, Litva, Kanada, Çexiya, Almaniya, Türkiyə, Koreya, Malayziya, Belarus, Ukrayna və digər ölkələrin 100-dən yuxarı təhsil müəssisəsinin nümayəndələri sərgi ziyarətçilərini dünyanın müxtəlif ölkələrinin təhsil sistemləri ilə tanış edəcək və Azərbaycanda, habelə xaricdə ən yaxşı təhsil proqramını seçməyə kömək edəcəklər. Milli təhsil strukturlarının sərgidə fəal iştirakı artıq bir ənənəyə çevrilib. Belə ki, bu il Litva özünün 12 ən məşhur təhsil müəssisəsi ilə çıxış edəcək. Türkiyə Milli Qrupuna isə bu ölkənin ən böyük şəhərlərinin 15 ali məktəbi daxil olacaq. Sərgidə Belarus öz 8 qabaqcıl universitetini təqdim edəcəkdir. Ukraynada təhsilə artan marağı nəzərə alaraq, sərginin ikinci günü ölkənin təhsil sektorunun aparıcı mütəxəssisləri tərəfindən hazırlanmış “Ukraynada ali təhsil” adlı 3 saatlıq seminar keçiriləcək. Əvvəlki kimi, Böyük Britaniyanın ali təhsil və dil məktəblərinin təkliflər dairəsi müxtəlifdir. Hər il sərgi ekspozisiyasında öz əksini tapan karyera sektorunda ilk dəfə olaraq BP şirkəti potensial işəgötürən kimi iştirak edəcək.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  24/11/2020 25/11/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek