Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sərgi haqqında

Təhsil Sərgisi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən rəsmi olaraq dəstəklənir.

AZƏRBAYCAN - ETİBARLI TƏRƏFDAŞDIR

Son bir neçə il ərzində, Azərbaycan ümumi daxili məhsulun artımı və digər göstəricilər baxımından MDB ölkələri arasında ən öndə gedən ölkələrdən biri sayılır. Ötən beş il ərzində, ölkə iqtisadiyyatının səviyyəsi 2.6 dəfə, büdcə xərcləri isə 10 dəfədən çox artmışdır.

Dünya Bankının bütün dünya ölkələri üzrə biznes mühitinin qiymətləndirilməsinə dair hazırladığı "Doing Business 2009" adlı hesabatına əsasən, Azərbaycan bütün dünya üzrə 181 ölkə arasında bir nömrəli islahatçı elan edilib.

Azərbaycanda Təhsil Sərgisinin üstünlükləri

  • Qısa müddət ərzində 16-30 yaş hədləri arasında potensial auditoriyanı maksimum şəkildə əhatə etmək imkanı: üç gün ərzində xaricdə təhsil almaq istəyən tələbələr və onların valideynləri, eləcə də təhsil agentləri, müştərilər və s. ilə intensiv danışıqlar və görüşlər;
  • Qafqaz regionunda ən yaxşı, yeni və müasir sərgi kompleksi. Fərdi olaraq quraşdırılmış və istifadə üçün tam hazır olan stendlərin ən geniş diapazonu;
  • Bakı şəhəri və regionlarda yerləşən orta və ali məktəb tələbələrinin kütləvi iştirakının təşkil edilməsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin geniş dəstəyi.

Azərbaycanda xaricdə təhsili kimlər seçir?

  • Əhalisinin sayı  9 milyondan çox olan Azərbaycan Respublikası Qafqaz regionunda neftlə zəngin olan ən iri ölkə sayılır. Ölkə əhalisinin 1.83 milyonu (20.4 %) 16-28 yaş həddi arasındadır.
  • Azərbaycan vətəndaşları üçün təhsil mühüm əhəmiyyət kəsb edən amillərdən biri sayılır. Azərbaycanda peşəkar təhsilə olan tələbat kifayət qədər yüksəkdir və bir çox ailələr xarici ölkələrin nüfuzlu universitet və məktəblərində təhsil imkanları axtarırlar.
  • Hər il 15 min nəfərdən çox Azərbaycanlı tələbə xarici ölkələrdə təhsil alır.

 

 

REKLAM KAMPANİYASI

Sərginin üç iş günü ərzində təşkilatçılar tərəfindən media vasitələrindən istifadə etməklə həyata keçirilən genişmiqyaslı reklam kampaniyası on mindən çox potensial tələbəni birbaşa Sizin stendinizə gətirəcək.

Kampaniyaya bunlar daxildir:

  • Azərbaycanda yerləşən bütün təhsil müəssisələri də daxil olmaqla, peşəkar məlumat bazası əsasında 30.000-35.000 dəvətnamənin birbaşa, aidiyyəti üzrə paylanılması;
  • Sərginin başlanmasına iki həftə qalmış televiziya və radio kanallarında geniş və kütləvi təşviqat kampaniyaları;
  • Xarici reklam: bannerlər, laytbokslar (işıqlı reklam qutuları), metro və avtobus stansiyalarında elanlar və s.;
  • Azərbaycanın ixtisaslaşmış və aparıcı kütləvi informasiya vasitələrində elan və məqalələr;
  • Sərgiyə həsr olunan mətbuat konfransı.

 Sərgi 10 000 çox ziyarətçilərin iştirakı ilə keçirilir.




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  12/07/2020 13/07/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek