Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






10-12 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” (“Education 2014”) sərgisi keçirildi. “Təhsil” sərgisi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir və Azərbaycanda təhsil sektorunun inkişafı baxımından sərginin əhəmiyyətini vurğulamaqla yanaşı, milli qruplar və yerli universitetlərin sərgidə iştiraka cəlb olunmasına kömək edir. “Təhsil” sərgisi 8-ci Azərbaycan Beynəlxalq “Karyera” (“Career 2014”) sərgisi ilə paralel keçirilirdi.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov və “Iteca Caspian” MMC-nin direktoru Fərid Məmmədov sərginin təntənəli açılış mərasimində iştirak etdilər. C. Bayramov öz çıxışında qeyd etdi ki, gənc nəslin tam və keyfiyyətli təhsili cəmiyyətin inkişafının ən mühüm qanunları arasında yer alır: “Ölkədə insan kapitalının inkişafı üçün dövlət, özəl biznes və təhsil müəssisələri öz qüvvələrini birləşdirməlidirlər və hazırkı sərgilər bu məsələlərin həlli sahəsində mükəmməl platforma rolunu oynamaqla yanaşı, cəmiyyətin diqqətini Azərbaycanda aktual təhsil layihələrinə cəlb edir”. Keçirilən sərgilərin rol və əhəmiyyətini vurğulayan C. Bayramov əmin olduğunu bildirdi ki, bu sərgilər ölkədə təhsil sisteminin potensialını gələcəkdə də əks etdirməklə yanaşı, dünya təhsil müəssisələri ilə əməkdaşlığa maraq və istəyin yaranmasına da səbəb olacaq.

Bu il “Təhsil” sərgisində dünyanın 20 ölkəsindən 122 eksponent iştirak edirdi. Ənənəvi olaraq, iştirakçılar arasında milli qruplar da var idi və bu qruplar misal olaraq, Litvanın 15 nüfuzlu universitetini təmsil edən Litva milli stendini, eləcə də Slovakiyanın 44 universitetini təmsil edən “Study in Slovakia” təşkilatını göstərmək olar. Hollandiya, Qazaxıstan, Latviya və Slovakiya kimi ölkələr sərginin debütantları qismində çıxış edirdilər. Həmçinin, bu il sərgiyə Polşa Dövlət Universiteti, Krakov İqtisad Universiteti, BƏƏ-nin Aviasiya Universiteti, Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti, Budapeşt Beynəlxalq Biznes Məktəbi, Britaniya Ali Dizayn Məktəbi (Moskva şəhəri), ABŞ-ın “Webster” Universiteti, Malayziyanın “Help” və Nottinqem universitetləri, Saksion Tətbiqi Elmlər Universiteti, Niderlandın Mastrixt İdarəetmə Məktəbi və “Inholland” Tətbiqi Elmlər Universiteti, Nazarbayev Universiteti (Qazaxıstan), Baltik Beynəlxalq Akademiyası (Latviya) və s. iri xarici universitetlər qoşuldular. Azərbaycan təhsil müəssisələrini təmsil edən nümayəndələrin də sayında artım var idi. Belə ki, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Dövlət Aqrar Universiteti, Təfəkkür Universiteti, Bakı Biznes Universiteti, “CELT” və ölkənin bir sıra digər təhsil müəssisələri eksponentlərin siyahısında yer alırdı. Sərgidə Azərbaycan Respublikası Təhsil Nazirliyi də öz stendi ilə iştirak edirdi və onun stendində qarşıda gələn illərdə nazirliyin plan və proqramları barədə məlumatlar nümayiş etdirilirdi.

Sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistr, aspirantura proqramları, eləcə də ikinci ali təhsil və MBA proqramları, habelə işgüzar xarici dil kursları, təcrübə və treninqlər nümayiş etdirildi. Ziyarətçilər bilavasitə sərgidə aparıcı universitetlərin nümayəndələri ilə birbaşa ünsiyyət saxlaya və onları maraqlandıran suallara cavab tapa bildilər. Bu suallar qəbul prosesinə nədən başlamağı və bu prosesə necə mükəmməl hazırlaşmağı, eləcə də sənədlərin təqdim edilmə müddətini, təhsilin qiymətini, yaşayışın necə təşkil edildiyini, universitetlər və ixtisasların reytinqini və bir sıra digər məsələləri əhatə edirdi. Xarici iştirakçılar tərəfindən Azərbaycan universitetlərinin nümayəndələri üçün tələbə və nümayəndə heyətləri mübadiləsi proqramları, elmi-tədqiqat fəaliyyəti üzrə xüsusi təkliflər hazırlanmışdı.

Sərginin “Təhsil müəssisələri üçün avadanlıqlar” adlı sektoru çərçivəsində interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər və laboratoriya avadanlıqları nümayiş etdirildi.

Sərgiyə geniş işgüzar proqram həsr olunmuşdu, belə ki, sərgi çərçivəsində 10 oktyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Sabah” layihəsinin təqdimat mərasimi keçirildi. Layihənin rəhbəri Elçin Atakişiyev təqdimat mərasiminin iştirakçılarına layihənin mahiyyəti barədə danışdı. Sözügedən layihənin məqsədi ali təhsil sistemində yeni mühitin yaradılması və müasir tələblərə uyğun kadrların hazırlığını təmin etməkdir. Tədbirə iri müəssisələrin kadrlar şöbəsinin rəhbərləri dəvət edilmişdi və onlara əməkdaşlıq, təhsil prosesində perspektiv iştirak təklif edildi.

11 oktyabr tarixində sərginin işgüzar proqramı çərçivəsində “Gələcəyini qur!” gənclərə dəstək layihəsinin təqdimat mərasimi təşkil edildi. Bu layihənin yaranma ideyası aztəminatlı ailələrdən olan uşaqlara yardım, onların universitetə hazırlığı və təhsili ilə əlaqədardır. Layihənin sponsorları isə “Iteca Caspian” və “R.I.S.K.” şirkətlərinin təşkilatçı fəallar qrupu idi. Layihənin tərəfdaşları qismində Azərbaycan Diplomatiya Akademiyası və gələcək abituriyentlərin universitetlərə pulsuz hazırlığını təmin edən “KAINAT” təhsil mərkəzi çıxış edirlər. Layihəni təsisçisi “LEGASY” şirkətidir. “Gələcəyini qur!” layihəsinə aprel ayında start verilib, istedadlı gənclər isə Qaradağ və Binəqədi rayonlarından seçilib. Altmış məktəbin təxminən beş yüz 10-cu sinif şagirdi ciddi müsabiqə prosesindən keçib və nəticədə, biliklərini artırmaq istədiyini sübut edən 44 nəfər şagird akademik təhsili davam etdirmək imkanını qazanıb. Sərgidə bu gənc oğlan və qızlar öz müəllimləri, eləcə də sponsorları ilə görüşməklə yanaşı, müxtəlif müəssisələrin kadrlar şöbəsinin rəhbərləri ilə də tanış olublar.

Həmçinin 11 oktyabr tarixində Bakı Ekspo Mərkəzində “Təhsil” sərgisinin debütantlarından biri Niderlandın “Saxion” Tətbiqi Elmlər Universiteti azərbaycanlı tələbələr üçün nəzərdə tutulumuş xidmətləri və imkanlarına dair təqdimat keçirdi.

Bu il “Education 2014” sərgisinə gələn ziyarətçilərin sayı 7810 nəfər təşkil edirdi ki bu da ötən ilin göstəricilərindən çoxdur. Ziyarətçilərin böyük qismini məktəb məzunları, tələbələr və onların valideynləri, orta məktəb və ali təhsil müəssisələrinin müəllimləri və sənaye peşəkarları təşkil edirdi.

Sərginin təşkilatçıları iştirakçılara aşağıdakı nominasiyalar üzrə fəxri sertifikatlar təqdim etdilər:

  • “Ən yaxşı debüt”- “Neuron Technologies”
  • “Ən yaxşı korporativ üslub” – “E-Global Connections” şirkəti
  • “Ziyarətçilərlə ən fəal iş” – “Celte” MMC
  • “Ən yaxşı Universitet təqdimatı” – Azərbaycan İqtisad Universiteti, Gəncə Dövlət Universiteti
  • “Kənd təsərrüfatı sahəsində təhsil üzrə ən yaxşı təqdimat” – Azərbaycan Dövlət Kənd Təsərrüfatı Universiteti

Beləliklə, “Təhsil” sərgisi həm ölkədə, həm də ölkə hüdudlarından kənarda təhsil seçimi üçün unikal meydançaya çevrildi.

Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləri, rəsmi tərəfdaşları qismində isə “SafeLife” şirkəti (təhlükəsizlik üzrə rəsmi tərəfdaş), “JW Marriott Hotel Absheron Baku” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “Greenwich Travel Club” şirkəti (rəsmi turoperator) çıxış edirlər.




BİZƏ QOŞULUN!
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ DƏSTƏK

Azərbaycan Respublikasının
Təhsil Nazirliyi
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  12/08/2020 13/08/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



EDUCATION Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek