Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия








“Sərgiyə gəl – gələcəyini təmin et!”

Foto-reliz

Bu gün “Baku Ekspo” sərgi kompleksində 6-cı Azərbaycan beynəlxalq “Təhsil və karyera” sərgisi öz işinə başladı. “Sərgiyə gəl – gələcəyini təmin et!” şüarı altında keçirilən “Təhsil və karyera” sərgisi özünü təhsil, dil vərdişlərinin təkmilləşdirilməsi, habelə peşə və karyera inkişafı ilə maraqlanan bütün şəxslər üçün əla fürsət kimi tanıtmışdır. “Təhsil və karyera” sərgisi təhsil sahəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir. Sərginin təşkilatçıları “Iteca Caspian LLC” şirkəti və onun tərəfdaşı olan “ITE Group plc” şirkətləridir.

Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, “Iteca Caspian LLC” şirkətinin icraçı direktoru Fərid Məmmədov, habelə xarici ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, iştirakçılar, ziyarətçilər və çoxsaylı KİV nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov sərgi iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, “sərgi ildən-ilə əlamətdar hadisəyə çevrilir və xaricdə təhsil ilə bağlı Azərbaycan gənclərinin artan tələbatını təmin etmək arzusunda olan daha çox sayda xarici iştirakçını özünə cəlb edir. Sərginin məqsədi ölkəmizin gənc nəslinə istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda yüksək keyfiyyətli təhsil almaq və gələcək karyera istiqamətində ilk addımlarını atmaq üçün bütün imkanları təqdim etməkdir və sərgi bu vəzifənin öhdəsindən uğurla gəlir”.

Öz növbəsində, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini E. Vəlizadə qeyd etmişdir ki, “Azərbaycanın məqsədyönlü şəkildə inkişaf edən cəmiyyətinə və ölkənin iqtisadiyyatına ən müxtəlif sahələrdə getdikcə daha çox ixtisaslı və səriştəli kadrlar tələb olunur. Ardıcıl olaraq altıncı il keçirilən “Təhsil və karyera” sərgisi bu istiqamətdə zəruri işlərin aparıldığını əyani surətdə nümayiş etdirir”.

Açılış mərasiminin sonunda cənab Fərid Məmmədov Azərbaycan Respublikasının təhsil nazirinə 6 il ərzində göstərilən misilsiz dəstəyə görə təşəkkürünü bildirərək, hamını sərgi üzrə VİP– tura dəvət etdi.

İlk dəqiqələrdən ziyarətçilər müxtəlif ölkələrdə ali məktəblərə qəbul tələblərindən, tədrisin qiymətindən, təqaüd və qrantlardan, yaşayış şəraitindən və gələcək tələbələr üçün faydalı ola biləcək bir sıra digər məsələlərdən həvəslə söz açan ali və biznes məktəblərinin nümayəndələri ilə fəal ünsiyyətə başladırlar.

Bu il sərgidə dünyanın 20 ölkəsindən ən müxtəlif ixtisaslar üzrə 70-dən artıq fakültə, kurs və proqramı təmsil edən 96 təhsil müəssisəsi iştirak edir. Azərbaycan gəncləri xaricdə ali təhsil almağa daha çox maraq göstərirlər və məhz bu fakt ildən-ilə dünyanın müxtəlif ölkələrindən Azərbaycan gənclərini öz tələbələri sırasında görməyi arzulayan daha çox ali məktəbin nümayəndəsini sərgiyə cəlb edir. Bununla əlaqədar, “Təhsil və karyera-2012” sərgisində ekspozisiyanın əsasını xaricdə bakalavriat və MBA proqramları, dil kursları, biznes proqramları və təlim sistemləri təşkil edir. “Təhsil və karyera 2012” sərgisində Belarus, İngiltərə, Almaniya, İtaliya, Kanada, Koreya, Litva, Malayziya, Ukrayna, İsveçrə və Çexiyanın ali təhsil müəssisələri təmsil olunurlar. Onlardan bəziləri sərginin səmərəliliyini qiymətləndirərək, onun işində artıq birinci il deyil ki, iştirak edirlər, digərləri isə ilk addımlarını ataraq, sərgiyə böyük ümidlər bəsləyirlər.

Ənənəvi olaraq, sərgidə milli təhsil qurumları da fəal iştirak edirlər. Belə ki, “Təhsil və Karyera 2012”-də Litva ölkənin 11 populyar təhsil müəssisəsi ilə təmsil olunur. Belarus milli qrupu isə ölkənin ən böyük şəhərlərinin 8 ali məktəbindən ibarətdir. Ukraynanı respublikanın 6 qabaqcıl universiteti təmsil edir.

Sərgidə həmçinin dövlət və özəl, paytaxt və region ali məktəbləri təmsil olunurlar (Azərbaycan Universiteti, Gəncədəki Azərbaycan Dövlət Universiteti, “Təfəkkür” Universiteti və s.). Bu ilin debütantı ölkəmizin kompüter texnologiyaları sahəsində mütəxəssislər hazırlayan və ixtisaslaşdırılmış təhsil müəssisəsi olan Bakı Kompüter Kollecidir.

Bu ilki sərginin xüsusiyyəti Avropanın məşhur “Springer International Publisher” nəşriyyatının (Almaniya) geniş elmi ədəbiyyat ekspozisiyası ilə bağlıdır. İngilis dilində ədəbiyyat ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur və həm özəl, həm də universitet kitabxanaları üçün dəyərli ola bilər.

Sərgi iş axtaran və karyera inkişafına can atan ziyarətçilərin də marağına səbəb olmuşdur. Məhz burada gələcək peşə seçimi üçün əlverişli şərait yaradılmışdır. Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi sərginin “Karyera” bölməsində iş axtarmaqla bağlı məsləhət verən və yardım göstərən qeyri-hökumət gənclər təşkilatlarının və birliklərinin iştirakını təşkil etmişdir. Həmçinin, iştirakçıların arasında əmək bazarının müasir tələblərinə uyğunlaşma üzrə konsaltinq, treninqlər və seminarlar təklif edən şirkətlər də təmsil olunurlar. Sərgidə ilk dəfə vakant iş yerləri üçün ilkin müsahibə aparan “BP” və “Buta Sığorta” şirkətləri iştirak edirlər.

Sabah sərgi öz işini davam etdirəcək.







BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK

Azərbaycan Respublikasının
Təhsil Nazirliyi
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  12/08/2020 13/08/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



EDUCATION & CAREER Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek