Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Sərgi haqqında



Bu sərgi hökumət səviyyəsində təşkil olunan və ölkədə təhsil və karyera sektorunun inkişafını təşviq edən iki əsas nazirlik tərəfindən dəstəklənən yeganə irimiqyaslı tədbir sayılır. Sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən rəsmi olaraq dəstəklənir.

ETİBARLI TƏRƏFDAŞ…... AZƏRBAYCAN

Son bir neçə il ərzində, Azərbaycan ümumi daxili məhsulun artımı və digər göstəricilər baxımından MDB ölkələri arasında ən öndə gedən ölkələrdən biri sayılır. Ötən beş il ərzində, ölkə iqtisadiyyatının səviyyəsi 2.6 dəfə, büdcə xərcləri isə 10 dəfədən çox artmışdır.

Dünya Bankının bütün dünya ölkələri üzrə biznes mühitinin qiymətləndirilməsinə dair hazırladığı “Doing Business 2009” adlı hesabatına əsasən, Azərbaycan bütün dünya üzrə 181 ölkə arasında bir nömrəli islahatçı elan edilib.

Azərbaycanda xaricdə təhsili kimlər seçir?

  • Əhalisinin sayı  9 milyondan çox olan Azərbaycan Respublikası Qafqaz regionunda neftlə zəngin olan ən iri ölkə sayılır. Ölkə əhalisinin 1.83 milyonu (20.4 %) 16-28 yaş həddi arasındadır.
  • Azərbaycan vətəndaşları üçün təhsil mühüm əhəmiyyət kəsb edən amillərdən biri sayılır. Azərbaycanda peşəkar təhsilə olan tələbat kifayət qədər yüksəkdir və bir çox ailələr xarici ölkələrin nüfuzlu universitet və məktəblərində təhsil imkanları axtarırlar.
  • Hər il 15 min nəfərdən çox Azərbaycanlı tələbə xarici ölkələrdə təhsil alır.

 

Azərbaycanda Təhsil və Karyera Sərgisinin üstünlükləri

  • Qısa müddət ərzində 16-30 yaş hədləri arasında potensial auditoriyanı maksimum şəkildə əhatə etmək imkanı: üç gün ərzində xaricdə təhsil almaq istəyən tələbələr və onların valideynləri, eləcə də təhsil agentləri, müştərilər və s. ilə intensiv danışıqlar və görüşlər;
  • Qafqaz regionunda ən yaxşı, yeni və müasir sərgi kompleksi. Fərdi olaraq quraşdırılmış və istifadə üçün tam hazır olan stendlərin ən geniş diapazonu;
  • Bakı şəhəri və regionlarda yerləşən orta və ali məktəb tələbələrinin kütləvi iştirakının təşkil edilməsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin geniş dəstəyi.

 

REKLAM KAMPANİYASI

Sərginin üç iş günü ərzində təşkilatçılar tərəfindən media vasitələrindən istifadə etməklə həyata keçirilən genişmiqyaslı reklam kampaniyası on mindən çox potensial tələbəni birbaşa Sizin stendinizə gətirəcək.

Kampaniyaya bunlar daxildir:

  • Azərbaycanda yerləşən bütün təhsil müəssisələri də daxil olmaqla, peşəkar məlumat bazası əsasında 30.000-35.000 dəvətnamənin birbaşa, aidiyyəti üzrə paylanılması;
  • Sərginin başlanmasına iki həftə qalmış televiziya və radio kanallarında geniş və kütləvi təşviqat kampaniyaları;
  • Xarici reklam: bannerlər, laytbokslar (işıqlı reklam qutuları), metro və avtobus stansiyalarında elanlar və s.;
  • Azərbaycanın ixtisaslaşmış və aparıcı kütləvi informasiya vasitələrində elan və məqalələr;
  • Sərgiyə həsr olunan mətbuat konfransı.

 

Sərgiyə ziyarətçi qismində 10.000-dən çox insan gəlir

Təhsil və Karyera Sərgisi 2010: Faktlar

  • İştirakçıların sayı                 110
  • Beynəlxalq iştirakçılar            74%
  • Yerli iştirakçılar                    26%
  • Ölkələrin sayı                      15
  • Ziyarətçilərin sayı                 9317
  • 2009 il ilə müqayisədə artım:  102%
  • Eksponentlərin 78%-i onların stendinə baş çəkən tələbələrin sayından razı qalmışdır;
  • Sərgi eksponentlərinin 93%-i ümumilikdə sərginin təşkili və idarə olunması səviyyəsindən razı qalmışdır;
  • Eksponentlərin 93%-i “Təhsil və Karyera 2011” sərgisində iştirak etməyi planlaşdırır.

 

Sektorlar

  • Məktəbəqədər və orta təhsil
  • Ali təhsil müəssisələri tərəfindən təklif edilən proqramlar
  • Distansiyon təhsil sistemləri
  • Xaricdə təhsil və tələbə mübadiləsi üzrə proqramlar
  • Aspirantura təhsili
  • Karyera planlaşdırılması və karyeranın inkişaf etdirilməsi üzrə məsləhətlər
  • Fakültativ maarifləndirilmə və turizm proqramları
  • Dil kursları və yay məktəbləri
  • İdman zalları, laboratoriyalar və tədqiqat otaqları üçün mebel və avadanlıqlar
  • Multimedia sistemləri, video, televiziya avadanlıqları, kompüter sinifləri

 

SƏRGİ HAQQINDA İŞTİRAKÇILARIN RƏYİ

Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi artıq ölkədə təhsil sektorunun ənənəvi tədbirinə çevrilib. Ötən il ilə müqayisədə ekspozisiya sahəsi ikiqat artmış və sərginin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənmişdir. Mən əminəm ki, bu tədbir gələcəkdə də ölkəmizdə təhsil sisteminin potensialının nümayiş etdirilməsinə, eləcə də dünya səviyyəli təhsil müəssisələrinin diqqətinin sərgiyə cəlb edilməsinə xidmət edəcək.

Misir Mərdanov
Azərbaycan Respublikasının Təhsil naziri

Bu gün sərgidə Litva Respublikasının Azərbaycandakı səfirliyi bizim ali təhsil sistemimizi təmsil edir. Biz təhsil sahəsindəki əməkdaşlığımızın daha da möhkəmləndirilməsinə səy göstəririk  və bu sərgi dövlətlərarası layihəni həyata keçirmək üçün bizə möhtəşəm bir imkan yaradır.

Aqne Limante, Litva Respublikasının Azərbaycandakı səfirinin köməkçisi


Bu, bizim Azərbaycana ilk səfərimizdir və biz həqiqətən də, sərgidəki canlı mühitə valeh olmuşuq. Burada bizim təklif etdiyimiz ali təhsil və aspirantura təhsili üzrə kurslara bir çox real namizəd var. Bu sərgidəki iştirakımız bizim ən gözəl təcrübələrimizdən biridir və biz gələn il də universitetimizi təmsil etmək üçün mütləq bu sərgiyə qatılacağıq.

Stefan Blend, şöbə rəhbəri
“Lids Metropolitain” Universiteti, Böyük Britaniya


Rusiya universitetlərində bir çox azərbaycanlı tələbə təhsil alır. Biz bu sərgidə Rusiyanın təxminən 30 dövlət tədris müəssisəsini təmsil edirik. Həmin müəssisələr 500-dən artıq tibb, mühəndis-texniki, iqtisad və humanitar ixtisaslar üzrə təhsil (Bakalavr, Magistr, Namizəd/elmlər doktoru dərəcələri) almaq imkanlarını təmin edirlər. “Təhsil və Karyera” sərgisi elə ilk gündən göstərdi ki, azərbaycanlı gənclər bir çox ixtisaslar ilə maraqlanırlar. Bunların arasında isə tibb və iqtisadiyyat daha çox populyardır.

Viktoriya Yeqorova, xarici Tələbələrlə iş üzrə menecer, “RACUS” (Rusiya) şirkəti


Hazırkı sərgidə iştirakımızın başlıca hədəfi İsveçrədə təhsil almaq arzusunda olan tələbələri cəlb etməkdir. “SEG” şirkəti ötən ilki sərgidə də iştirak edirdi. Nəticədə təhsil almaq arzusunda olan ilk tələbə qrupu yarandı, ancaq hələ ki, cəmi bir nəfər təhsil dalınca xaricə göndərilib. Lakin arzu edənlər kifayət qədər çoxdur və buna görə də, bizim öz işimizi davam etdirmək, təbliğat işləri, informasiya-reklam kampaniyası aparmaq üçün əsasımız var.

Səbinə Bağırova, “SEG” (İsveçrə) şirkətinin nümayəndəsi

 

 














BİZƏ QOŞULUN!
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  20/09/2020 21/09/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



EDUCATION & CAREER Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek