Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия

















“Education and Career-2011”:
“Sərgini ziyarət et – gələcəyini təmin et!”

Bu gün Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən “Bakı Ekspo” sərgi mərkəzində təhsil xidmətləri, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğu sahəsində regionun ən böyük tədbirlərindən biri olan “Education and Career” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisinin açılışı oldu. Ənənəvi olaraq, bu sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian LLC” şirkəti və onun tərəfdaşı “ITE Group PLC” şirkəti çıxış edirlər.


Sərginin açılış mərasimində Azərbaycan Respublikası Təhsil Nazirinin müavini cənab Qulu Novruzov çıxış edərək hazırkı tədbirin keçirilməsinin vacibliyini vurğuladı. “Education and Career” sərgisi Azərbaycanda yeni nəsil sahibkarların inkişafına kömək edir, bütovlükdə isə ölkədə təhsilin səviyyəsinin yüksəlməsinə imkan yaradır.

“Iteca Caspian” şirkətinin direktoru cənab Fərid Məmmədov sərginin açılışı münasibəti ilə qonaqları və iştirakçıları təbrik edərək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tədbirə verilən böyük dəstəyin əhəmiyyətini vurğuladı. Nazirliyin belə sərgiləri il ərzində ən azı iki dəfə keçirilməsində maraqlı olduğunu qeyd edən Fərid Məmmədov bildirdi ki, təşkilatçılar artıq layihənin genişlənilməsi istiqamətində işlərə başlayıblar.

VİP-tur ərzində sərginin qonaqları yerli və xarici təhsil müəssisələri haqqında geniş məlumatlar əldə etdilər və öz ekspozisiyaları ilə “Sərgini ziyarət et – gələcəyini təmin et!” şüarını doğruldan müxtəlif ölkələrin təhsil müəssisələri ilə tanış oldular. Bu il “Education and Career” sərgisi dünyanın 15 ölkəsindən 103 təhsil müəssisələri və təşkilatlarını bir araya gətirdi. Burada hamının yaxşı tanıdığı təhsil ocaqları ilə yanaşı, eksponentlərin ümumi sayının 40 faizini təşkil edən, Azərbaycan bazarını yenicə mənimsəməyə başlayan nüfuzlu məktəblər və ali təhsil müəssisələri də iştirak edirlər. Sərgidə Böyük Britaniya, Almaniya, Yunanıstan, Litva, Türkiyə, ABŞ, BƏƏ, İsveçrə, Çexiya və digər ölkələrin təhsil müəssisələri və təşkilatları öz potensiallarını nümayiş etdirirlər Sərgidə əsas diqqət yaşı 16-dan yuxarı olan ziyarətçilər üçün nəzərdə tutulmuş “ali təhsil” və “dil bacarıqlarının təkmilləşdirilməsi” sektorlarına yönəldilmişdir.

Azərbaycan Prezidenti tərəfindən bu ilin “Turizm İli” kimi elan edilməsi ilə əlaqədar olaraq, sərgi ekspozisiyası hazırlanan zaman “turizm sahəsində təhsil” bölməsinə xüsusi diqqət ayrılıb. Sərgidə 23 təhsil müəssisəsi öz fakültələr siyahısına turizm biznesi və mehmanxana işinin idarə olunması (otel menecmenti) üzrə geniş çeşidli ixtisasları da daxil etmişdir. “Təhsil və Karyera” sərgisi yeni sahələrin mənimsənilməsi ənənəsini qoruyub saxlayaraq, yeni mövzuları təqdim edən bölmələr çərçivəsində ilk dəfə “okeanşünaslıq” və “dəniz tədqiqatları”, habelə “yollar” və “nəqliyyat vasitələrinin intellektual idarə olunması” fakültələrini təqdim edir.

Bu il “Karyera” sektorunun iştirakçıları Azərbaycan ərazisində fəaliyyət göstərən və öz şəbəkələrində işləyəcək ixtisaslı işçiləri sərgidə seçərək işə götürməyi planlaşdıran dünya şöhrətli otel və mehmanxanalardır. “Təhsil və Karyera” sərgisi keyfiyyətli təhsil haqqında məlumat verməklə yanaşı, həm də bütün işəgötürənlərə və mehmanxana və turizm biznesi sahəsində çalışmaq üçün ərizə verən namizədlərə real köməklik göstərir.














BİZƏ QOŞULUN!
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  12/08/2020 13/08/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



EDUCATION & CAREER Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek