Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





İdeal təhsil formulu

Təhsil... Yeni nəslin layiqli inkişafında qlobal faktorların nəhəng kompleksi.

İxtisaslaşmış “Təhsil və Karyera – 2010” sərgisi Azərbaycan gənclərinin intellektual tərbiyəsi nümunəsində insanlığın formalaşması kimi xeyirxah bir missiyaya öz töhfəsini hansı şəkildə vermək imkanına malikdir? Sərginin son iş günündə biz bu səmərəliliyi və ideal təhsil formulunu müəyyən edə bilərik. Bu, çox aktualdır. Belə ki, sərginin nə qədər əhəmiyyətli olduğu açılış mərasimində Təhsil Naziri Misir Mərdanov tərəfindən qeyd olunmuşdur. O keçirilən bu tədbirin dəyərini xüsusilə vurğulamışdır. Burada xalqımızın öz inkişaf strategiyasında təhsilə necə məsuliyyətlə yanaşması inamla nümayiş etdirilir. Cənab Nazir  əmin olduğunu bildirdi ki, növbəti sərgilər Azərbaycanın bütün ali təhsil müəssisələrini cəlb edəcəkdir.

Ənənəvi olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəal dəstəyi ilə keçirilən “Təhsil və Karyera” sərgisinin funksionallığı müəyyən olunmuş xarici faktorlar və qoyulmuş ali məqsədlərin həll olunmasındadır. Bu isə o deməkdir ki, tədbir parlaq bir hadisə kimi, habelə dövlətlərarası münasibətlərin miqyası, müxtəlif ölkələrin təmsilçiləri arasında həmkarlıq əlaqələrinin möhkəmlənməsi, o cümlədən sərginin xüsusiyyətlərinə uyğunlaşdırılmış layihələrin reallaşdırılmasının vacibliyi ilə qeyd olunur. Təşkilatçılar qarşısında bir neçə önəmli məsələ dayanırdı: təhsilin istənilən növü üzrə bütün imkanlar spektrini təqdim etmək, o cümlədən məktəblilər, abituriyentlər və tələbələr üçün xarici təhsil, respublikada təhsil sahəsinin ən son nailiyyətlərini nümayiş etdirmək və bu sektorun inkişafına imkan yaratmaq. Paralel olaraq, bu şəkildə ixtisaslaşmış kadrlara olan tələbatın yüksəldilməsinin vacibliyi ilə  ali təhsil müəssisələrində və məktəblərdə təhsil səviyyəsinin yüksəlməsinə gəlib çıxmaq. Sərginin haqlı olaraq seçilmiş “Təhsilini seç-gələcəyini təmin et” şüarı onun əsas qayəsini təşkil edir. Sərgi həm mütəxəssislər, həm də məktəblilər və abituriyentlər üçün böyük təhsil auditoriyasına çevrilmişdir. Burada yüksək peşə, orta və əlavə təhsil, yeni texnologiya vasitələri üzrə tədris,  xarici təhsil sahələrinin geniş spektri üzrə  maraqlı və faydalı proqramlar təqdim olunur. Tələbə mübadiləsi üzrə proqramlar, mümkün elmi dərəcələr üzrə təhsil, karyeranın inkişafı və planlaşdırılması üzrə məsləhətlər, fakültativ təhsil və turizm proqramları, dil kursları, yay məktəbləri, yeni informasiya texnologiyaları, təbii ki, yüksək təəssürat yaratmış, bir çox iştirakçının ciddi seçim etməsinə yardım göstərmişdir.

Sərginin iş prosesini müşayiət edən seminarlar, lotereya və təlimlər  daha çox aktual məsələlərin müzakirəsi üzrə forum üçün təbii mühit yaratmışdır. Bu məsələlər Azərbaycan və beynəlxalq təhsil müəssisələri arasında təcrübə və ideyaların mübadilə olunmasına imkan açmışdır. Sözsüz ki, tədbirin artan səmərəliliyi həm də iştirakçıların coğrafiyası, çoxmillətliliyi ilə bağlıdır ki, bu da sabit beynəlxalq kollokvium üçün əla platforma yaratmış oldu. Türkiyə, Rusiya, Böyük Britaniya və Koreyadan olan hörmətli nümayəndələr  xüsusi “kütləviliyi” ilə fərqləndi. Belə ki, onlar çoxsaylı iştirakçılara öz nüfuzlu təhsil müəssisələrinin böyük siyahısını və təklif olunan təhsil proqramlarının geniş spektrini təqdim etdilər. Xarici intellektlərin belə geniş ekspansiyası fonunda xarici iştirakçıların sərginin gənc ziyarətçiləri haqqında fikirləri də maraq doğurur və maarifləndirici xarakter daşıyır. Bəziləri qeyd edirlər ki, gənclərin belə axını onlar üçün gözlənilməz idi. Digərləri isə etiraf edirlər ki, azərbaycanlı gənclərin işgüzarlığı və praktikliyi, müasirliyin mürəkkəb, gözlənilməz şəraitlərindən baş çıxarmaq və sərginin köməyi ilə həm öz ölkələrində, həm də xaricdə, istər nüfuzlu, istərsə də minimum ödənişli sadə ali təhsil ocaqlarında oxumaq üçün optimal təhsil formulunu müəyyənləşdirmək cəhdi onları valeh etmişdir.

Yeri gəlmişkən, qeyd edək ki, bizim yeniyetmələrə xas olan təbii enerjililik və fəallıq onların ingilis, türk və rus dilləri üzrə malik olduqları bilik bazasında özünü göstərir. Sərgiyə gələn gənclər öz linqvistik bacarıqları ilə fərqləndilər və sərgiyə bir çox ölkələrin ilk dəfə qatılan iştirakçı qonaqlarını yaxşı mənada təəccübləndirə bildilər.

Bu il ziyarətçilərin rekord sayı qeydə alınmışdır. Üç gün ərzində sərgini 7 mindən çox yerli və xarici qonaq ziyarət etmişdir. Ziyarətçiləri sərgiyə pulsuz aparıb-gətirən böyük müasir avtobuslar heyrətamiz dəqiqliklə öz marşrutları üzrə fəaliyyət göstərirdi. Bu isə imkan verdi ki, ürəyi istəyən hər bir kəs heç bir xüsusi problem olmadan “Baku Expo Centre” mərkəzinə gələrək sərgini ziyarət etsin.

Yerli təhsil sistemində ən son mühüm hadisələrdən biri  yeni Təhsil haqqında qanunun qəbul olunmasıdır. Onun vacibliyi ilk növbədə ölkənin və dünyanın dinamik inkişaf prinsiplərindən, o cümlədən Azərbaycanın yeni keyfiyyətli inkişaf mərhələsinə qədəm qoymasından irəli gəlirdi. Bu gün bir çox ölkələrin Azərbaycana bir tərəfdaş kimi ciddi münasibət bəsləməsi müşahidə olunur. Təəccüblü deyil ki, sərgidə xarici iştirakçıların bakalavr və magistr dərəcələri üzrə “ikili” təhsil ideyasını formalaşdırmaq səyləri müşahidə olunurdu. Bu, bizim yerli mütəxəssislər tərəfindən də bəyənilir. Azərbaycanın dünya təhsil prosesinə inteqrasiya prosesinin sürətləndirilməsi təhsilin uğurlu inkişafına imkan yaradır. Nümunəvi haldır ki, sərginin daimi iştirakçıları olan Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti və Azərbaycan Diplomatik Akademiyası həm ziyarətçiləri, həm də xarici həmkarlarını bakalavr istiqamətində olduğu kimi, magistratura sahəsində də təhsilin yeni imkanları ilə ətraflı şəkildə tanış etdilər. Bu təşkilatlar bütün qitələri  təmsil  edən xarici tələbələrin peşəkar təhsil alması sahəsində əsaslı təcrübəyə malikdirlər.

Sərginin proqramları karyera quruculuğu ilə bağlı gənc mütəxəssislər və tələbələr üçün seminar və “master-klass” dərsləri ilə müşayiət olundu. Müsbət cəhət olaraq onu da qeyd etmək lazımdır ki, iki il ardıcıl olaraq Azərbaycan Gənclər və İdman Nazirliyi sərginin “Karyera” bölməsində qeyri-hökumət gənclər təşkilatları və birliklərinin iştirakını təşkil edir. Təklif olunan vakansiyalar və işəgötürmə üzrə tələblər, habelə bu sahə üzrə məlumat bazası potensial işə götürənlərin, kadr agentliklərinin və təlim (treninq) şirkətlərinin bu sərgidəki iştirakının yekunu oldu.

Ümummilli lider Heydər Əliyev demişdir ki, təhsil xalqın gələcəyidir. “Təhsil və Karyera” sərgisi təhsil mütəxəssislərinin, biznesmenlərin və sərmayədarların diqqətini cəlb etməklə yanaşı, cəmiyyətimizin, xalqımızın inkişaf səylərinin də göstəricisi oldu. Əslində, sərgi xalqın və böyüyən nəslin pozitiv gələcəyi naminə təşkil olunmuşdu. Bu sərgi çərçivəsində ideal təhsilin formulu bütün ali həqiqətlər kimi sadədir - “Təhsil almaq istəyirsən? Elə isə vaxtını itirmə!” Bunun üçün bu gün gözəl şərait yaradılıb, sadəcə perspektivləri hərtərəfli şəkildə bilmək  lazımdır. İndiki iştirakçıların tərkibi bunu sübut edir. Onların arasında sərgiyə öz yeniyetmə övladları ilə gələn çoxsaylı valideynlər var. Bu tandem əsas verir ki, biz inamla “bizim uşaqlar xalqın qabaqcıl nümayəndələrinin davamçısı olmaq üçün müvəffəqiyyətlə hazırlaşırlar” deyək.







www.telebe.az

Baş xəbərlər
QEYDİYYAT SPONSORU
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  12/08/2020 13/08/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



EDUCATION & CAREER Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek