10 - 12 Sentyabr 2009
Bakı, Azərbaycan
Ana Səhifə
Ana Səhifə

Caspian World

Negus Expo

http://www.gtm.az/

http://www.advantour.com/rus/azerbaijan/

http://exponews.ru/

http://www.vmost.ru/

http://www.konferencii.ru/

http://mvdv.ru/

http://expomenu.ru/

http://expomap.ru/

www.NAVIGATOR.az

 
Sərgi haqqında

3-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi
Mətbuat açıqlaması
31.08.2009

10-12 sentyabr tarixlərində Heydər Əliyev adına İdman və Konsert Kompleksində Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəal dəstəyi ilə "Education & Career 2009" - 3-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi keçiriləcək.

Azərbaycanda Uşaq ilinə həsr edilmiş tədbirlər planını gerçəkləşdirməklə, "Education & Career" sərgisinin təşkilatçıları sərgi çərçivəsində uşaq evləri və internatlar üçün kitabların toplanması üzrə "Kitab hədiyyə et!" adlı xeyriyyə aksiyasının keçirilməsini planlaşdırırlar. Demək olar ki, hər birimizin evində bizim ailəmizin rifahına xidmət göstərmiş kitablar var. Sərgiyə gələn ziyarətçilərə təklif olunur ki, bu kitabları uşaq evlərinə və internatlara ötürməklə həmin kitablara ikinci həyat bəxş etsinlər.

Xeyriyyə aksiyasının məqsədi kitabların oxunması vasitəsi ilə uşaqların və gənclərin əxlaqi və mənəvi cəhətdən sağlam ruhda tərbiyə olunmasını təmin etməkdir. Kitab müasir gəncin həyatında son on illik ərzində əxlaqi və mənəvi təsir mənbəyi kimi mühüm yerlərdən birini tutmuşdur. Bundan əlavə, qiraətə məhəbbətin aşılanması, oxucu əməyinin bacarıqlarının və oxunulmuş material üzrə düşüncə qabiliyyətlərinin formalaşdırılması, qiraət olunan materialın təhlil edilməsi yetişən nəsillərin tərbiyəsində dəyişilməz məsələlərdən biri olaraq qalmaqdadır. Məhz bu baxımdan xeyriyyə aksiyasının təşkilatçıları uşaq evləri və internatların kitabxana fondlarını müxtəlif nəşrlər ilə zənginləşdirməyə can atırlar.

"Iteca Caspian" şirkəti hamını "Kitab hədiyyə et!" aksiyasında iştirak etməklə uşaqların mütaliəsinə dəstək verməyə, qayğıkeşlik və insanpərvərlik kimi yüksək mənəvi keyfiyyətlər nümayiş etdirməyə dəvət edir. Uşaq evləri və internatlarda tərbiyə olunan uşaqlara kitab hədiyyə etmək arzusunda olan bütün şəxslər kitabları 10-12 sentyabr tarixlərində keçiriləcək Təhsil və Karyera sərgisində təşkilatçıların stendinə təqdim edə bilərlər. Uşaq evləri və internatlara hədiyyə olaraq verilən kitablar uşaqlara sevinc və xoş təəssüratlar bəxş etməklə yanaşı, valideynsiz qalmış uşaqlara fayda gətirməklə öz ikinci həyatını yaşayacaq.

1 2 3


 

www.planetaedu.ru

Xəbərlər
PARTNYORLAR






www.mbask.az

VALYUTA MƏZƏNNƏSİ
  11/08/2020 12/08/2020
USD 1.7 1.7
EUR 1.9068 1.8968
GBP 2.1994 2.1937
RUR 0.0267 0.0264
HAVA